Kəramət : - Çalış ki, AYAĞIN BÜDRƏMƏSİN

YAZARLAR 08:03 / 27.06.2024 Baxış sayı: 695

 

ŞAİRİN, QƏHRƏMANIN DA ÖLÜSÜNÜ

....sevərik. "Qumarbaz"dan (F. Dostoyevski) yadlmda qalıb ki, dostlar biri-birinin uduzmuş halından, ondan borc istəməsindən məmmuniyyət duyar, onu alçaltmaqdan zövq alar.

Onu da bilirəm ki, "Alçaldılmış və təhqir olunmuş adamlar" (həmin dahinin əsəridi) öz hayıflarını başqalarını alçaltmaqla alarlar.

Və belə zədə-travmalarla böyüyən, yaşayan adamlardan ancaq və ancaq başqasını təhqir etmək görərsən. Nəinki , təbiətə, heyvana sevgi, heç "seygilisinə də" sevgi bəsləməz, ona əzab verməkdən zövq alar, yəni sevgini də belə başa düşər.

Almaniyada biri-birindən oğurluq edilməz, rusun yalan danışanı azdı, erməni nifrətlə böyüdüyündən məhvə məhkumdur. Yaponların leksikonunda "bacarmaram", "olmaz" yoxdu.

Biz də olumsuzluqla, qaramatlıqla bəslənirik. Bir xoş söz, gülər üz görəndə əcaib-qəraib mənalar yükləyirik.

Bir dostumuz 3 gündü su ilə araq içdiyindən əməlli sərxoşdu, həm də yuxusuz. Stoldaca yıxıldı, o biri dostumuz onu yola saldı, bir dostumuz isə heç yerindən də qımıldanmadı, düz elədi..onu elədi ki, kimi gördü özünəməxsus danışdı, əlbəttə haqlıydı.

Düşünürəm ki, hərdən gərək adam özü=özünü yıxa.

Axı, Onu elə görmək istəyirik.

Yıxılmaq məğlub olmaq deyil, amma, bunu da belə bilmənizi istərəm...yanlış varsa, özündədir, kimisə "vinovat" çıxarmağa dəyməz.

"Bir dəfə Amerikada"da filminin başlanğıcındakı təsirli fraqment yadınızdamı?- Gülləylə vurula cocuq özündən yaşca böyük dostunun qolları arasında pıçıldayır: "Ayağım büdrədi."

Hə, mənim də ayağım büdrəmişdi və öz qollarım arasına yıxıldım və öz-özümə pıçıldadım:

-Qalx, sadəcə ayağın büdrəyib.