Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi

HÜQUQ 17:13 / 27.06.2024 Baxış sayı: 644

Prezident İlham Əliyevin Sərəncamına əsasən Natiq Səlim oğlu Qasımova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi ilə əlaqədar onun anası Dursun Əsgər qızı Qasımovaya Prezident təqaüdü təyin edilib.

Yenises.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid Milli Qəhrəmanımızın anasına elektron sistem üzərindən avtomatik olaraq (proaktiv qaydada) Milli Qəhrəmanların ailələri üçün nəzərdə tutulan aylıq təqaüdün (1800 manat) təyinatı aparılıb.