Nazir kollec bitirənlərin müəllim olması ilə RAZILAŞMIR

Elm 17:10 / 27.06.2024 Baxış sayı: 697

 

Müəllim ali təhsilli olmalıdır.

Yenises.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

"Dünyanın hər yerində müəllimlər ali təhsillidir. Sadəcə, Azərbaycanda müəyyən dövrdə müəllim qıtlığına görə qısa müddətdə boşluq doldurulub və orta ixtisas sahibləri müəllim olmaq imkanı əldə edib", - nazir söyləyib.