Bəhram Bilaloğlundan İKİ  ŞEİR

Ədəbiyyat 09:48 / 03.11.2024 Baxış sayı: 1629

 

Bir mələk görmüşəm,unutmamışam,

Hasarda oturub,üzümə baxır.

Görünür könlünü qırıblar onun,

Sazaqlı borandan gözümə baxır.

 

Məmnun olduğunu görə bilmədim.

Daldım xəyallara,baxdım,gülmədim.

Üç gecə içində gözdən silmədim.

Baxdım ki,dayanıb,sözümə baxır.

 

Titrədi əllərim görəndə,haş'a.

Anladım,yorğundur,düşdüm də başa.

İlk dəfə adamı salır çaşbaşa.

Baxırsan gözləri dizimə baxır.

 

Çatdığı nöqtədən apardı əməl.

Sevgilər bəxş etdi,qurdu o təməl.

Yazdığı dəftərə yazanda gözəl.

Gördüm həqiqidir,düzümə baxır.

 

***

 

İnamın ən yüksək pilləsindəyəm,

Durduğun nöqtəyə baxıram,Allah.

Zərrədən kiçiyəm,dünyadan böyük,

Qurduğun dünyanı yıxıram, Allah.

 

Nəfsimə tab etmək,sınağındayam.

Nadanın,cahilin qınağındayam.

Elə bil şikaram,caynağındayam.

Sarınıb boynuna sıxıram,Allah.

 

Məqsədim təqvaya gətirməyimdir.

Pak edib,yoluna ötürməyimdir.

Səhvini səhvimtək götürməyimdir.

Qovuşub mizana çıxıram,Allah.

 

Özü bacarmadı,xətti çəkməyi.

Ayırdı sərhəddi seçdi,sökməyi.

Əlindən gəlmədi sevgi əkməyi.

Sovuşub azana axıram, Allah.