Kəmalə Abiyeva : - HƏYAT

Ədəbiyyat 10:40 / 04.11.2024 Baxış sayı: 343

 

Bu həyat həmişə gülməz üzünə,

Bəzən də arxanca gülər, bilməzsən.

Bəzən göz yaşı tək dolar gözünə,

Bəzən təbəssümə dönər, bilməzsən.

 

Bəzən bu dünyanın bədbəxti edər,

Qoparar başında min bir fırtına.

Bəzən də dünyanın xoşbəxti edər .

Dəlicə vurulub doymazsan ona.

 

Bəzən yanlışların üzünə durar

Həyatı qınayıb haqsız deyərsən.

Bəzən də susarsan haqsızlıqlara

Bəzən də sən onun haqqın yeyərsən

 

Bəzən “həyat”deyə haray salarsan

Bəzən də o səni gəzər, bilməzsən.

Bəzən də sən ondan bezar olarsan

Bir gün də o səndən bezər, bilməzsən.