Kəramət : - YERİ, SEVDİCİYİM, YERİ

Ədəbiyyat 10:04 / 04.11.2024 Baxış sayı: 372

 

Bu dünya öz işindədi,

Sən də ki öz işindəsən.

100 k/m uzaqda

Ürəyimin başındasan.

 

Yeri, sevdiciyim, yeri

Gedən gedər, dönməz geri,

Adəmdən-Həvvadan bəri

Gözlərimin yaşındasan.

 

Eh...həmişə gözüm yolda,

bilməm ki, hardayam, harda

Ömür fəsli -son bahardı

Sənsa sevgi yaşındasan.