"Sonuncu güllə" təqdim edildi
Dünən, yəni 2 noyabr 2024-cü il tarixdə Ayb Lənkəran Bölməsi və Lənkəran Mərkəzi Kitabxanasının birgə təskilatçılığı ilə kitabxananın geniş zalında tanınmış yazıçı-publisist Hafiz Mirzənin yenicə nəşr olunmuş povestlərdən ibarət "Sonuncu güllə" kitabının təqdimatı keçirildi.
Təqdimatda bölgə yazarları,
ziyalılar,yazıçının dostları, şagirdlər,kitabxana əməkdaşları,
musiqiçilər iştirak etdilər.
Çıxış edənlər yazıçının geniş yaradıcılığına müraciət etməklə Vətən müharibəsində əsgərlərimizin qəhrəmanlığından, əsrləri əhatə edən erməni separatizmindən, onların törətdikləri vəhşiliklərdən bəhs edən bu kitabın yüksək məziyyətlərindən söz açdılar.
Tədbirdə şagirdlərin ifasında səslənən vətənpərvərlik mövzusunda olan şeirlər,musiqiçilərin bu mövzuda ifa etdikləri musiqi nömrələri iştirakçılar tərəfindən rəğbətlə qarşılandı.