Ağaevli Əli Hacı : - Yuvan varsa,nə gözəl
Dostum,Professor İslam Qəribliyə gecənin bağrımı yardığı vaxtı !
Yuvan varsa,nə gözəl
Demək,uçmağa qanadın var !
Yaran varsa,olur da…
Demək,yanmağa öz odun var !
Sırada durmağın gözləntidir,
Səbrinsə məqamın-gizləntisi !
Boy atmağın güc əlaməti deyil,
Əsas,ağıldan gələn gücün gözləntisi !
Gözün ilə yeridiyin,
Sözün ilə getdiyin yol !
Özünü aparmadığın-
Özünü itirdiyin yol !
Başın üstündədirsə,
Demək,getdiyin yerin var !
Daşın üstündəsə,
Demək,öldüyün yerin var !