Əbülfət Mədətoğlu : - Ürəyimə
Qapımı döyüb, keçdin
Soyuq və yad bir əllə...
Bilmədim , nəyi seçdin
Ödədiyin kirənlə -
ürəyimə?..
Gözümdə şimşək çaxdı,
Ruhum isə üşəndi...
İçimdən ağrı axdı
Zəli kimi döşəndi -
ürəyimə!..
Toxunduğun tətiyin,
Mərmisi od qaladı...
Ömrün , bax bu, gədiyin
Atəş təzdən caladı -
ürəyimə...
Nəyin cəzası oldu,
Bu soyuqluq və yadlıq...
Unutdunmu ki, doldu
Sevgi ancaq bir adlıq -
ÜRƏYİMƏ!..
...İllərimin hər anı
Sən yaşadan qərinə...
Köçür, sən öz dünyanı,
Dünyaların yerinə-
ÜRƏYİMƏ!..