Bəhram Bilaloğlu- Yağış da yağmadı ruhumun üstdə...

Ədəbiyyat 21:46 / 04.01.2026 Baxış sayı: 2831

Yağış da yağmadı ruhumun üstdə,

Sinəmdə güllərin tozunu yusun.

Qalmadı bir ümid — qayıda, bəlkə,

Ötən o illərin tozunu yusun.

 

Buludlar təmasa girsə, nə fayda?

İçini soyutmaz, nəmli saxlayar.

Açılan əllərin bircə yolu var —

Bəhramı təqvadan eşqə bağlayar.

 

Hər bir bitən gülün ətri də mənəm,

Nankorlar biçməklə bitməz, a dünya.

Yerdən göyə qədər qırılmaz ipdi,

Nadanlar ölçməklə bitməz, a dünya.