Bəhram Bilaloğlu- Ürəyində dağa dönən...

Gündəm, Ədəbiyyat 08:45 / 19.09.2025 Baxış sayı: 6559

Ürəyində dağa dönən,

Yaraları qanatmayın.

Xeyir verməz əməllərlə,

Qırıq qəlbə can atmayın.

 

Tanıyıram, hiyləgərsiz!

Nanəcibsiz,eybəcərsiz.

Baxıram ki,lap befərsiz,

Befərliyi şan satmayın.

 

Yorulmuşam üzünüzdən.

İyrənmişəm sözünüzdən.

Axmağızdan, yüzünüzdən,

Gələn varsa,san qatmayın.

 

Qəflətdədir bir çoxunuz.

Sarsılacaq var,yoxunuz.

Əziləndə ac, toxunuz,

Ad,sanımı oyatmayın.