Ağaevli Əli Hacı : - Üzünü yu,bu axşama...

Gündəm, Ədəbiyyat 11:22 / 23.06.2024 Baxış sayı: 1094

 

Üzünü yu,bu axşama,

Bəlkə,səhər görüşmədim !

Bu,dünyanı olum bildim,

Ölümünü görməmişdim !

 

Ağlım,dilim əsir sənə

Olmağımda bir sirr sənə !

Payız barının yerinə,

Eşqimizi var bəslədim !

 

Şükür vaxta bu olmağdan,

Ömür keçir yonulmağdan !

Hava,torpaq,su olmağda,

Başqa bir qapı kəsmədim !

 

Tanrım,sən də rahat uyu,

Ayrılıq-çoxdankı oyun !

Tənhalığa etdim toyu,

Sən gəlmədin,mən küsmədim !