Ağaevli Əli Hacı - Bu qədər “ BAHA “ olmağımıza !
Havam bu gün yağışlıdı,
İstilərim öz işində !
Tutub vaxtımın əlindən
yol gedirəm keçmişimdən !
Sual,nida yanaşıdı
ayrı-ayrı ölçülərdə !
Günümə vergül kimiyəm,
bu nəfəssiz küçələrdə !
Göy üzüdə-havam kimi,
qış payızın payın yeyir!
Pəncərəmi yağan yağış,
qapımısa külək döyür !
Çoxu kimi qanım qara,
yoxum kimi olmayaydım !
Bu çörəksiz gələcəyə
ümüdümü yuxa yaydım !
Havam-yağış içindədi,
İslanarsan,evə yığış !
Çöllərində itir məni,
öz içində nağıl danış !