Xəyalə Sevil - Ağlım hardaydı bilmirəm...
Ağlım hardaydı bilmirəm,
Axır ki, başıma gəldi.
Gödəldi hissimin dili,
Könlümün dili gödəldi.
Dedim, üzülür bu ürək,
Sənsənmi könlümü çəkən?
Dedim, mən kimə baxıram
Hamı mənə heyran ikən?
Atdığın sözün yeridi-
Ürəyimdə göyərdi ki.
Gördüm ki, dəyərin yoxmuş,
Mən verdiyim dəyərdi ki.
Bizdən heç nə olan deyil-
Ya mən olur, ya sən olur.
Yavaş-yavaş sevənlərin
Unutmağı birdən olur.