Ünvanlı şeirlərdən - yazdı Yadigar Təvəkgul
Sən elə bilirsən sevən olacaq,
Səni mənim kimi,məni sevən kəs .
Mənim tək kim səni əzizləyəcək ,
Mənim tək kim sənə olacaq nəfəs.
Sən elə bilirsən sevən olacaq ,
Kim yuva quracaq özündə sənə.
Baxışında min xəyala dalacaq,
Bir saray tikəcək gözündə sənə.
Sən elə bilirsən kimsə mən kimi
Sənsiz darıxacaq, kaşın tökəcək.
Dolanıb dünyanın başına yüz yol
Sənli xatirəyə yaşın bükəcək?
\
Sən yaxşı bilirsən sevən tapılmaz ,
Səni də mən kimi həyatda heç kəs.
Mən sənin sevgindən bəxtəvər qadın,
Sənə olan eşqim deyildir həvəs .