Sona  Vəliyeva - DUYĞULARIM KƏPƏNƏK BİÇİMDƏ

Ədəbiyyat 09:09 / 09.01.2026 Baxış sayı: 598

 

Duyğularım,

düşüncələrim

bəzən içimə qəfil qonan,

çiçək üstə titrəyən

min rəngli

kəpənək kimidir.

Gözəlliyinə elə heyran

olaram ki,

toxunmağa,

yazmağa

nə cəsarətim yetər,

nə də əllərimin

gücü olar

tutub saxlamağa.

Heyrətdən donaram...

Uçub özgə qəlblərə,

özgə çiçəklərə

qonar deyə

çox nigaran olaram.

Qorxaram,

kəpənək gözəllikdə

düşüncələrimi

ehtiyatsızlıq edib

uçurmaqdan,

Tanrı göndərən

İlahi payı

qapıdan qaytarmaqdan...