Aləmzər Sadıqqızı - Ürəyimdə biri var...

Ədəbiyyat 09:35 / 09.01.2026 Baxış sayı: 1480

 

Ürəyimdə biri var...

Ürəyimə layiq belə olmayan...

Bir telimə dəyməyən...

Ürəyimdə biri var,

Bir an belə gözlərini yummayan.

Bu sevgiyə dəyməyən...

Gözlərimdə biri qalıb,

Yumum töküm istəyirəm...

Baxışıma dəyməyən.

Gözlərimdə biri açır səhərini,

Biri yumur gecəsini,

Bir gecəmin əzabına dəyməyən...

Evimdə biri yasayır...

Heç bu evi görməyən.

Heç bu evə dəyməyən.

Onun üçun güllər açan, çicəyinə dəyməyən...

Hər küncundə, bucağında gah ağlayan, gah gülən...

Göz yaşına, gülüşunə dəyməyən...

Həyatıma biri köçüb...

Həyatımın bir anına dəyməyən.

Həyatımı zəhər edib,

Gecələri səhər edib,

Səhərləri gecə edib...

Nə gecəmə, səhərimə dəyməyən.

Taleyimə biri gəlib,

Taleyimdən xəbərsiz...

Taleyimin bir gününə dəyməyən.

Hər acıma,

Hər ağrıma,

Taleyimin o qarışıq nağılına dəyməyən.

Bu dünyama biri gəlib...

Bu dünyadan, o dünyadan heç xəbəri olmayan...

Bu dunyanın nə ayına,nə gününə dəyməyən.

Bir əhli-kef, bir yalançı, bir vəfasız...

Hər ürəkdə bir iz qoyan,

Neçə -neçə ürəkləri fəth eləyən,

Bir ürəyə dəyməyən...

Mənim könül səhifəmə, mənim şeir aləmimə biri gəlib...

Bir sözümə dəyməyən.

Gör bir neçə şeir yazıb,

Gör bir necə əzizlədəim...

Yağmuruna tarif etdim,

Küləyinə danışdım,

Günəş doğdu Günəşində alışdım, Ay doğanda pəncərəmdə,

Ay könlumlə barışdım...

Nə o Aya, nə o Günə ,

O küləyə, o yağışa ,

dəyməyən. ..

Aləm adlı bu Aləmin aləm kimi ürəyinə dəyməyən!

9.1.2025.