Elnur Uğur Abdiyev - Bəzən olur uşaq sadəliyimə...
Bəzən olur uşaq sadəliyimə,
Körpə saflığıma görə
Özümü tez verirəm ələ.
Bəzən olur özgəsinə görə
Özümü xırdalayıram kiminsə gözlərində.
Zövq alıram
Yaşayışımdan.
İnsana sevgimdi,insan
Məni yaşadan.
Körpə saflığımla
Uşaq sadəliyimlə
Yanaşdıqlarımdan
Hər xəyanət görəndə
Deyirəm ,İlahi,şükür,
Yaxşı ki, böyümədim mən də.