Məmməd  Qədir - Qarağacdadır

Ədəbiyyat 19:00 / 09.01.2026 Baxış sayı: 455

 

Axşamdan qarğalar qarıldaşırdı,

Səhər durub gördüm qar ağacdadır.

Qar tamı yox idi, dadıb şaşırdım,

Agac qar yeyəndə qar ağac dadır.

 

Sərçə daddan duyur, dəndədə dən var,

Sünbüldə tum varsa, dəndə də dən var,

Nə olsun şam anan, dəndə Dədən var,

Könlünün meşəsi qarağac dadır.

 

Məmməd, hər fəsadın yuvasıdı şər,

Qoru ki, besikdir yuva, su düsər,

Fələk, silkələmə, yuvası düşər,

Mənim könül quşum qarağacdadır...