Lilpar Cəmşidqızı -QÜƏZƏL
Tanrı, gözəl günlərim hardadı, mən şad olum?
Köksümə sığmır bu can, qoyma ki, bərbad olum.
Ömrə xəzan fəslinin rəngini göndərmisən,
Doldu könül dəmbədəm, yağmadı gürşad olum.
Dağə çıxıb, düşməmiş zirvəni göstərmisən,
Amma nədən vermədin tişəni, Fərhad olum?
Qüssə, kədər yollayıb, çöhrəmi güldürmüsən,
Gül səpilən yerdəyəm, eşq ilə abad olum.
Yolda keşik çəkməyir çoxdan ayaq izlərim,
Boynu qırılmış fələk gəlmədi, cəllad olum.
Çəkdi qələm qaşlarım gözlərimin həsrətin,
Ox çıxarıb kirpiyim vurmadı, səyyad olum.
Şe'rdə bir kəm-kəsir olmadı, Cəmşidqızı,
İstəmişəm hər zaman, yaxşı bir övlad olum.