Əbülfət Mədətoğlu : - Anama məktub...

Ədəbiyyat 17:00 / 02.07.2024 Baxış sayı: 1310

 

Yenə gözlərim çeşmədi-

Məzarına tərəf axır...

O məzardan bu çeşməyə -

Anamın ürəyi baxır!..

 

Gözüm, selindən doy, axdı

Lillidi, demə boyaqdı!

Bütün diqqətim oyaqdı -

Eşidəcəm , məni çağır!..

 

İçimdən işıq köç edib,

Bilmirəm tez, ya gec edib!

Məni sındırıb, heç edib -

Ah çəkdirir ağır, ağır!..

 

Sənə oğulluqmu etdim?

Ya hansı gününə yetdim?!

Yetimlik - indi hiss etdim -

Nəymiş, anladım mən fağır!..