Baş nazir iqamətgahını velosipedlə tərk etdi - VİDEO
Niderlandda 2010-cu ildən baş nazir postunu tutan Mark Rutte vəzifəsini keçmiş kəşfiyyat şefi olan Dick Schoofa təhvil verib.
Yenises.az "Unikal"-a istinadla xəbər verir ki, vəzifəsini təhvil verdikdən sonra baş nazir Rutte iqamətgahını velosipedlə tərk edib.
Həmin anlar görənlərin marağına səbəb olub.