Tahir Rzayev, millət  vəkili : - "Kondisionerlərin mütləq düzgün, normal işləməsi vacibdir."

MƏMLƏKƏT 10:30 / 04.07.2024 Baxış sayı: 948

“Bakı metrosundakı qatarlarda kondisionerlərin işləməməsi qəbuledilməzdir. İstər yay, istərsə də qış ayları olsun. Qatarlarda kondisionerlərin mütləq düzgün, normal işləməsi vacibdir. Bu, insanların sağlamlığı üçün önəmlidir. Belə hallar varsa, aradan qaldırılmalıdır”. 

Yenises.az xəbər  verir  ki, bu sözləri Pravda.azın  sualını  cavablandıran  Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev metrolarda kondisionerlərin işləməməsi barədə şikayətlərə münasibət bildirərkən deyib. 

“Bu gün hər birimiz vətəndaşların rahatlığı, onların sağlamlığı üçün lazımi tədbirlər görməyə borcluyuq. Metro xidməti mütləq yaxşılaşdırılmalı və insanların tələbatını təmin etməlidir. Bir halda ki gedişhaqqı artırılır, xidmətin də səviyyəsi yüksəldilməlidir. Çünki bu, bir vəzifədir. Bu vəzifəni icra edənlər öz işlərinə məsuliyyətlə yanaşmalı, insanların sağlamlığının qeydinə qalmalı, xidmət səviyyəsini yüksəltməlidirlər”, - komitə sədri bildirib.