Ağaevli Əli Hacı dan İKİ ŞEİR

Ədəbiyyat 09:39 / 04.07.2024 Baxış sayı: 718

Yolun içiylə getmək,

yol salmaq deyil,

yaşamaq üçündür !

Tezdən evdən çıxıb,axşam qayıtmaq

yaşamaq deyil,

dolanışıq üçündür !

 

Hansı ağlı yığım yerdən ?!

O da,olmadı

tutub qabağa yeridə!

Ağıl-yükü daşımaq üçündür !

Həyat-üzdən ağdır,içi-qaradır

Günün qaradısa,rəngi-sarıdır !

Rənglənmək-qarışmamaq üçündür !

 

Çox sözlər,qaranlığdan çıxır üzə,

Söz də tikan kimi batır gözə !

Ağzını təmiz saxla,

Dil-yanaşmaq üçündür !

 

Olumda var,ölümdə

Qoy,ölüm öz yerimdə !

Olub ölümü görmək-

Allahla barışmaq üçündür !

***

2 İyul 2021  · 

Kimi göydə,kimi yerdə nə işim,

Ruh qoymadı gündə bir üz dəyişim,

yoxdu yoxu,vardı varı var yedim !

 

Min yol vardı getmək üçün qabağa,

bir yol ilə getdim adam olmağa,

yağışı-su,çörəyimi-qar yedim !

 

Beş qarışdı,ölç eninə yerimi

vermədilər ondan yana yerimi,

beş günlükdü-ömür deyə ar yedim !

 

Yerə salıb alnımdakı yazını,

uca tutdum əlimdəki yazını,

İlahidən gələn sözü bar yedim !