Vaqif Səmədoğlundan  BİR  ŞEİR

Ədəbiyyat 11:00 / 28.01.2026 Baxış sayı: 631

Allah,

Nə var, nə yox?

Məndən nə xəbər var?

Gecələri özüm sayaram,

Üzümə açılacaq

neçə səhər var?

Bəyənəcəksənmi məni,

Bəndəni hansı gözlə görəcəksən?

Allah,

Özüm gəlim,

Ya kimisə göndərəcəksən?