Saqif Qaratorpaq - Yenə yağış başladı...

Ədəbiyyat 11:47 / 28.01.2026 Baxış sayı: 604

Yenə yağış başladı...

Hava soyuq,torpaq nəm.

Yenə səndən xəbər yox,

Sükuta tutmuşam dəm.

Nə soraq var,nə bir zəng...

Nə döyən var qapımı.

Öz içinə qısılıb,

Sevgi acıdı hamı...

Dayanıb qum saatı,

Vaxt da gedib yatmağa.

Min ildi yol gəzirəm,

Özümə qayıtmağa.

Daha gecdi...xərclənib,

Tükənib çoxu ömrün.

Son ucu tənhalıqdı,

Ha uzatsan bu ömrü.

Daha güvənmə mənə,

Toxunma,damasıyam.

Çox heyif,son baharda

Boş leylək yuvasıyam...

Yenə səndən xəbər yox,

Sükuta tutmuşam dəm.

Bu gün- susmaq günüymüş...

Orda sən sus,burda mən...