Əlizadə Nuri - Şeytana da dəymərəm...
Ədəbiyyat
19:49 / 28.01.2026
Baxış sayı: 211
Şeytana da dəymərəm...
Bu gecəni dan eylə,
Evini eyvan eylə.
Kirpiyini yan eylə-
Silah mənə dəyməsin.
Düşübdü örpəyin ki-
Bəs necə görməyim ki?!
Sənə necə dəyim ki
Günah mənə dəyməsin?!
Qəm- toyxana, bəy- mənəm,
Baş mənimsə, əymərəm.
Şeytana da dəymərəm-
Allah mənə dəyməsin...