Rüstəm Behrudi “Sənin gözlədiyin qərib türk mənəm”-i təqdim etdi

MƏDƏNİYYƏT 21:27 / 23.01.2026 Baxış sayı: 2591

Yanvarın 23-də Bakı Kitab Mərkəzində Azərbaycan şairi Rüstəm Behrudinin “Sənin gözlədiyin qərib türk mənəm” adlı kitabının təqdimatı keçirilib.

Yenises.az  bildirir ki,"Baku Book Center"də tanınmış ədəbiyyat və mədəniyyət xadimlərini, oxucuları və şairin yaradıcılığının pərəstişkarlarını bir araya gətirən təqdimat mərasimi böyük maraqla qarşılanıb.

Tədbirdə Xalq yazıçısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Dillər Universitetinin rektoru Kəmal Abdulla, alim Rafiq Əliyev, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, eləcə də digər tanınmış çıxışçılar və xarici qonaqlar kitab haqqında fikirlərini bölüşüb, Rüstəm Behrudinin poeziyasının xüsusiyyətlərindən söz açıblar.

Təqdimatın bədii hissəsi də xüsusi ovqat yaradıb. Xalq artisti Alim Qasımovun və tanınmış sənətçi, əslən Güney Azərbaycandan olan Araz Elsəsin ifaları dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Tədbirin sonunda şair qonaqlar üçün kitabını imzalayıb.