Şakir Xanhüseyn -  iki yolçu keçir

Ədəbiyyat 10:16 / 28.01.2026 Baxış sayı: 646

***

iki yolçu keçir

bir çay üstündən;

yox, onların biri

o birinə körpüdü...

hə, bir işə körpü atmaq

əlin işidi,

yola körpü salmaq

ayağın işi...

günəş şəfəqləriylə

hər yerə körpü salır.

ürəklər bir-birinə

eşq ilə körpü salır...

varaqda, qələm ucunda

söz sözə körpü salar.

gecə ay işığıyla

gündüzə körpü salar.

körpü üstdən keçirsən?

etmə başqa bir xəyal;

yolda bir yol ara da,

körpü üstdən körpü sal...