Vaqif Səmədoğlu -Vaxtıdır
Ədəbiyyat
12:22 / 15.01.2026
Baxış sayı: 3396
“İndi gileydən, güzardan
Baş alıb qaçmaq vaxtıdır.
Qapıları döyülməmiş
Taybatay açmaq vaxtıdır...
İndi hər səsdən, hər küydən
Sükuta dönmək vaxtıdır.
Millət, dövlət zirvəsindən
İnsana enmək vaxtıdır...
İndi nə dua, nə qarğış
Nə nəzir demək vaxtıdır.
Dünya susmalıdır artıq
Allaha kömək vaxtıdır”...