Nəriman Həsənzadə- Dünyanın sirri

Ədəbiyyat 09:34 / 25.01.2026 Baxış sayı: 1366

Dünyanın sirri

- Şair, yenə yazırsanmı?

- sual verdi biri mənə?

Tanıtmaq istədi yəqin,

Məndəki şairi, mənə.

***

Axşam olur, sabah olur,

Mən yazmasam, günah olur.

Yazan zaman agah olur,

Bu dünyanın sirri mənə.

***

Soyumasın od nəfəsin,

əvəzi yoxdur heç kəsin.

Ulu Tanrım çox görməsin,

öz verdiyi şeiri mənə.