SABİR SARVAN- DÜŞMAH.

Ədəbiyyat 10:05 / 28.01.2026 Baxış sayı: 804

 

Vaxtında ölmədim,indi də gecdi,

Hər nədi du ömrü yaşayam gərək.

Çox da ki gözlərim doyub günyadan,

Çox da ki soyuyub sinəmdə ürək.

 

Qarışıb rəngləri, dünyanı daha,

Təkcə ağ -qaraya bölmək gərəkdi.

Ömrüm uzun çəkdi, düşman qazandım,

Düşman qazandınsa, ölmək cətindi.

 

Qoymaz gecələri çimir etməyə,

Bəlkə də o məndən sayıqdır ancaq.

Bir gözüm yuxuya getsə də mənim,

Bir gözüm həmişə oyaq qalacaq.

 

Qalmışıq göz-gözə, səngər-səngərə,

Belə qalasıyıq son günə kimi.

Düşmanlı adamın çıxır ağzından,

Sonuncu nəfəsi son güllə kimi

 

Vaxtında ölmədim, indi də gecdi,

Hər nədi bu ömrü yaşayam gərək.

Çox da ki gözlərim doyub dünyadan,

Çox da ki soyuyub sinəmdə ürək