Sabir Zəkullaoğlu : - Silahlı qüvvələr gününə...

YAZARLAR 08:01 / 27.06.2024 Baxış sayı: 814

 

Ən güclü silah ağıldır. Ağıl olan yerdə silaha ehtiyac qalmır. Ağıllı adamın silahlı olması, bir orduya bərabər güc deməkdir. Silahdan da gərək anında atəş açasan. Bu hədəfi nişan almaq üçün ən mühüm şərdir..

Orduda nizam - intizam da əsas şərtlərdən biridir.

Təbii ki, nizam intizam-təşkilatlanma bir başa səlahiyyətli şəxsin-komandirin səlahiyyətindədir.

Yaxşı komandir ordunu qələbəyə, pis komandir ordunu dərəyə-uçruma aparar.

Bütün qələbələrin kökündə sevgi dayanır-vətən sevgisi, yurd sevgisi, övlad sevgisi...

Cəmiyyətdə sevgini formalaşdıran əsas güc mərkəzi qadınlardır.

Bu bütün ölkələrdə belədir. İllah da Azərbaycan kimi ailə institutlarının güclü olduğu ölkələrdə...

Ümumiyyətlə, qadının özü, elə tanrının yer üzünə bəxş etdiyi bir sevgi çələngidir..

Bizim bütün qələbələrimizdə qadınların payı var. Biz bunun bəzən fərqində belə olmuruq.

Mən rusun ordusunda iki il xidım etmişəm-dxili qoşunlarda.

O vaxt, ruslarda hərbiyə qarşı çox böyük sevgi görürdum. Xüsusilə rus xanımlarında..

Məncə bu məsələyə sıradan bir məsələ kimi baxmaq doğru deyil..

Çünki bu məqam, hərbin vacibliyini, gərəkliyini, fəlsəfəsini derk etmək deməkdir..

Təbii ki, bu da heçdən, öz-özünə formalaşmayıb. Onlarda uzun illərin dövlətçilik ənənəsi olub..

Həm də hərbçilər güclü bənd hesab olunurlar. Güclü olanı kim sevməz ki..?

Hərbidə xidmət edən xanımlar da çox idi. Müxtəlif sahələrdə.

Ordu quruculuğu çətin işdir. Bu işin peşəkarlıq, siyasi, sosial, maddi tərəfləri var.

30 illik müstəqillik, tarix baxımından çox kiçik bir zaman vahididir.

Ancaq az bir vaxtda, nizami ordu qurmaq, bütün müstəvilərdə məğlub durumda olan bir ölkəni qələbəyə aparmaq, bu qələbənin, siyasi, sosial, maliyyə planlarını peşəkarcasına cızmaq, çox böyük zəka və dövlətçilik bacarığı tələb edirdi.

Azərbaycan silahlı qüvvələrinin ali baş komandanı və Azərbaycan xalqının birliyi, həm də xalqın siyasi savadı, milli düşüncə təfəkkürü, vətənpərvərliyi bu nəticəni əldə etməyə imkan verdi.

Və nəticə göz qabağındadır.

44 günlük möhtəşəm qələbə!

44 rəqəmi artır mənim üçün millətimizin milli qürur koddur. Şifrələnmiş bir kod...

Şəxsən mənim istənilən yerə giriş kodum 44 rəqəmdir.

Silahlı qüvvələr günümüz kutlu olsun!