Özbəkistan Prezidenti Azərbaycana gəlib

Gündəm 08:57 / 12.11.2024 Baxış sayı: 612

Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

Yenises.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və digər rəsmi şəxslər qarşılayıblar.