Naxçıvan istiqamətində yerləşən mövqelərimiz atəşə tutuldu

Gündəm 13:05 / 16.06.2024 Baxış sayı: 1578

Naxçıvan istiqamətində yerləşən mövqelərimiz atəşə tutulub.

 

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumatda deyilir:

 

"İyunun 16-sı saat 00:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Yeğeqnadzor rayonunun Bardzruni yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub".