Ayaz Arabaçı : - Əvvəlcə nur çilədin,

Ədəbiyyat 09:40 / 24.06.2024 Baxış sayı: 1654

Əvvəlcə nur çilədin,

içimdəki zülmətə.

Sonra

zülmət yaratdın ondan min qat da

qatı..

Nə ittiham etməyə gəlmədi

üzüm nə də,

Susdum deyə bilmədim,

burax bu zarafatı..

Görüşdük uzun-uzun-

Cəmi beş-on dəqiqə..

Mən

qanayan ürəklə,sən deşilmiş yarayla.

Ağır olsa da

budu,neyləməli həqiqət,

Zəfər əldə olunmur

sevgidə hay-harayla..

Durdu bir vida kimi qarşıda

yol ayrıcı

Ən gözəl arzulara

ürəyimin səsiydin.

Əsib keçdi içimdən bir külək acı-acı,

Bəlkə də

sən sonuncu cazibə qüvvəsiydin.

Mənim köksümün altda ürək vardı

axı bəs..

Nə isə..salam olsun

bütün qızıl eşqlərə..

Mən daha inanmıram bir də sənintək heç kəs,

Alıb

qaytara bilməz

yaşımı "onbeşlərə"