Sabir Zəkullaoğlu : - Sadə məntiq

YAZARLAR 21:47 / 24.06.2024 Baxış sayı: 1634

 

Məncə insan istənilən mövzuya fikir bildirə bilər və bildirməlidir də..

Ancaq öz fikrini qarşı tərəfə yeritməməlidir.

Çünki fikir müxtəlifliyinin olması labuddur.

Həqiqəti tapmaq və ya ona yaxınlaşmaq üçün, hər hansı bir məsələni mübahisələndirmək əsas şərtlərdən biridir..

Hökmən deyil ki, sən deyənlə hamı razılaşsın, hamı sən deyənin təsdiqləsin..

Təəssüflər olsun ki, bu sadə məntiqi anlamayanlar çoxdur.

Sosial şəbəkələr üzərindən aparılan müzakirələrdə, qarşı tərəflə razılaşmasan, ən yaxşı halda səni bloka göndərirlər..

Ən çox da demokratiyadan, fikir plüralizmindən danışan adamlar...

İnsan müzakirəyə qatılanda, nəinki kimdənsə, nəsə öyrənir, hətta özündən də bir şeylər öyrənir..

Ümumiyyətlə, insan hələ tam kəşf olunmayıb..

Əgər, ətrafda "mütəxəssis" yoxdursa, özün özünü də kəşf edə bilərsən.

Həyatda kompleksi olan adamlar heç vaxt uğur qazana bilməzlər.

Uğuryn yolu iki şeydən keçir, biri özğüvəndir, o biri də risk etmək.

Risk sözü özündə çox şeyi ehtiva edir.

Risk etməyən insanlar özlərinin içində olan patensialı, enerjini, şansı beşikdəcə boğub öldürürlər...

Risk etməyən insanlar, rasional düşüncəyə malik, hissdən uzaq, ağıllı insanlardır.

Ağıllı insanlar, həm cəsarətsiz, həm də maraqsız insanlar olurlar..

Onların həyatı bomboz, monoton bir həyat yolu olur...

Həyatda uğur qazanan insanların 90 faizi etdikləri riskə borcludurlar..

Çalışın həyatınız maraqlı olsun..