Kəramət : -  LABORATORİYA DOVŞANI DEYİLİKSƏ,  KRESLO özünsən,-

YAZARLAR 09:50 / 24.06.2024 Baxış sayı: 1853

LABORATORİYA DOVŞANI DEYİLİKSƏ,  KRESLO özünsən,-

əks halda, heç kimsən. Mənə soruşsanız ki, dünyada ən qorxulu adam kimdir? Oğru, giller, əclaf demərəm,-Kreslo qulu - deyərəm. "Nədən?"i də o ki, bunlar heçkimliklərini örtmək üçün kresloya tapınarlar və zamanı gəldikcə oturduğu kresloya xəyanət edər, yedikləri süfrəyə tüpürərlər. Adamlara, elə bu şair-şüəraya qiymət verərkən onu adının qabağındakı bərbəzəkli epitetlərdən, titullardan, sizə pıçıldanmış təriflərdən arındırın, soyundurun, altından stolu çəkin və baxın halına. Sözləri pafosdan, ritorikadan təmizləyin yerində nə qalacaq bilirsinizmi? Heç nə. Bu ahəngli şeirləri adi danışıq halına gətirin, bax, o yerdə qalan-qalmayandı o kəs-şeir-obraz.

Elə zaman zolağındayıq ki, hər adamdan hər şey olur, yəni adam adam deyil, hər şey və heç nədi. Həm şairdi, həm bankda işləyə bilər, siyasətçi, müəllim, aşpaz da ola bilər. Bunlar hər biri ayrı-ayrılıqda şərəfli məsləklərdir. İşi-məsləki kresloya endirəndə hər bir məslək də heç nə olur. Sənin-mənim-onun günahımı? Yox. Bu, bir sistem idi dünyada bəzi ölkələrdə "poliqonda" sınaqdan keçirdilər; diktə etmək istədilər ki, hamıdan hər şey olar,ən yuxarıdan ən aşağıya qədər. Bu konsepsiya ədəbiyyatdan tutmuş idarəetmənin bütün sahələrinə sirayət etdi və bumeranq kimi qayıdıb zamanın üzünü "şapalaqladı". İqtisadi böhrandan tutmuş idarəetmədədəki mexanizmi, hətta bürokrat-məmur mexanizmini pozdu.

İndi kimi nəyin başına qoysan heç nə dəyişməyəcək, özündən əvvəlkinin atasına rəhmət oxutduracaq. İndi bəzi t.v-ləri, deputatları, şair,müğənni tayfasını söyürük e..bunu düşünülmüş şəkildə həyata keçiriblər və biz də "laborotariya siçanından" başqa bir şey deyilik, bizə təcrübə dovşanı kimi baxırlar..

Yerdə nə qaldı, hara gəlib çıxdıq? Bizim üçün tükənmişlik, yorğun ruh, dirənmiş ağıl, çaş-baş insan toplumu. Təkqütblü,dijitəl, irreal aləm qurulacaqmı?-bilmirəm. Onu bilirəm ki, əvvəlcə "Hollivud" filmlərini seyr edir, sonra "Bollivud"da xumarlanır, sonra ssenari üzrə yaşayırıq. Deyəsən, təqribən belədi..

Bəyən

Şərh bildir