Kəramət : - SİFARİŞLİ OXUCU VƏ YAZAR

YAZARLAR 09:00 / 25.06.2024 Baxış sayı: 1340

 

hər qarşına qoyulanı yemə

QİDA SAĞLAMLIĞI; RUHUN VƏ ƏQLİN

Təəssüf və çox təəssüf ki, çox sonralar anladım...anladım ki, istər orta və ali məktəbdə tədris olunan və təbliğ-reklam olunan, mükafatlandırılan kitab, yazarlar kütlə mühəndisliyi üzərinə qurulub. Yəni, YAXŞININ YAXŞISINI bizim "Oxu bazamıza"a yaxın buraxmayıblar, nəyi, nə zaman oxumağımıza qərar verənlər bizim, insanın gəlişmikliyinə xidmət etməyib, bədi düşüncənin proqramlaşmasıyla istənilən toplum yaradılması amacına hesablanıb. Öz seçimin olmayıb, az qala..yəni bu Allahın-Evrenin, həhayətində sənin öz seçimin, əlbəttə, təbi seçimin deyil.

Düşüncə azadlığı qazanmaq üçün xeyli əzabverici həyat-oxu mərhələsindən keçməlisən, hələ bu adı keçən kitaba da.

Bu kitabı mənə Ç. Bukovski "məsləhət bildi."

Onun ən çox sevdiyi romandı.

C. FANTE Əslən italyandı-atası, özü isə ABŞ-da doğulub.

İlk əsərlərini çap etməyiblər...Kİ..provakativdi, təxribat xarakterlidi...sizə tanış gəlmirmi? Düşüncə tarixinin tarixi mücadiləsi...Sokrat da gənclərin "tərbiyəsini pozurdu"...və s.

Bu yerdə səsli gülür və öz-özümə -SƏNİ DƏ AYB "ARZUOLUNMAYAN ŞAİR" KİMİ TƏQDİM ETMİRMİ?-deyirəm.

Nə isə, belə cılızlığa enməyək.

Yazır ki, Ç. Bukovski, zibillikdə qızıl tapmış kimiydim, cümlələr səhifələrdə yuvarlanır, pıqqır-pıqqır qaynayırdı, həm də səhifələrə oyulmuşdu., elə bil.

Yazıçı şəkər xəstəliyindən əziyyət çəkib, əvvəlcə gözləri tutulub, sonra iki ayağı kəsilib..son romanını diqtə edib, xanımı yazıb.

Dedim ki, "Toza sor"u Ç. Bukovski, "RÜZGARIN KÖLGƏSİ"Nİ isə (.R.Zafon) Q. Markes "məsləhətiylə" oxudum...Markesin bir müsahibəsində adı keçirdi "Rüzgarın kölgəsi"nin...."Toza sor"un dəlisiydi Bukovski...

Bunu da deyim, bitirim:

Ölkələrə, zamanına görə də bədi, elimi bilgi axını çeşidlənir, qavram və yönləndirməyə uyğun,, İNSAN MÜHƏNDİSLİYİ ƏSAS ALINARAQ, kateqorizə olunur, çeşidlənir (mənəvi də, fiziki qida da)...bir intixab yolu var..ÖZ SEÇİMİN OLMALI. Necə?

Bu isə əzablı prosesdi, verilən deyil Qazanılandı...

hələlik, bu qədər.