Ağaevli Əli Hacı - Yol getməyin öz dili var...

Ədəbiyyat 13:35 / 08.01.2026 Baxış sayı: 759

Çıxdım dünyanın üzünə,

Azım oldu,əlin tutdum !

Ömrü yola vermək üçün,

Bu,dünyanın dilin tutdum !

 

Sevdim canımın dirəyin,

Verdim günə nəm kürəyi.

Sovurdum bəxtin çürüyün,

Ocağımın külün tutdum !

 

Yol getməyin öz dili var,

Yol getməyin göz dili var.

Yol bilməyin söz dili var,

Dilin yolda gülün tutdum !

 

Yazdım,önə ad apardım,

Hara getdim,yurd apardım !

Qazancımı yad apardı,

Tək-tük qalan kalın tutdum !

 

Hər gün tanıdım özümü,

Özümə tanıtdım özümü !

Ölüb tanıyırdım özümü,

Olmağımın halın tutdum !