Xatirə Rəhimbəyli : - Yenə də başladı yaz yağışları,

Yenə də başladı yaz yağışları,
Duyğu yağışları,hiss yağışları..
Yenə pərvazlandı köhnə xəyallar,
Yenə baxışlardan başlandı yollar...
Yenə də başladı yaz yağışları,
Ümidlər dartınıb çıxdı qönçədən ,
Ləçək-ləçək açdı yanaqlarda nəm,
üzüldü,süzüldü,çiləndi dən-dən...
Yenə də başladı yaz yağışları,
Bu ilıq yağışlar,isti yağışlar,
yaz da bir,qış da bir daş ürəklərə
heyrətdən dil açdı qaraca daşlar...
Eh,yenə başladı yaz yağışları,
Yenə gözlərimdə çiçəklədi nəm ,
Eh,yenə gəlmədin,yenə, birdənəm.......