Ağaevli Əli Hacı : - Allah var,bilirəm...

Allah var,bilirəm
hamı qaçır ona sarı !
Günü,ayı,
zamanı qabağında otarır Tanrı !
Rənginə görə məhsul verir torpaqları,
Daşıdığı yükünə bənzəyir adamları !
Yerin üstündədir,
göyün qanadları !
Yerin üzünə yanır Günəş,
rəngi-sarı !
Allah var,bilirəm
kökü ağacı,
budağı yarpağı oxşayan kimi !
Barmağımın izləri,
təkliyin yaşayan kimi !Ağaevli Əli Hacı