Adilə Səfərova : - Xoş gəldin..

Yaşılın ümid işığı,
Nurlandırır solu-sağı,
Bəzənib gəlin sayağı.
Çiçəkli yazım, xoş gəldin!
Hikmət var quran əlində ,
Suların coşqun selində,
Çiçəyin,gülün dilində,
Nəğməm,avazım ,xoş gəldin!
Göz oxşayır çölüm-düzüm,
Gül- çiçəkdi yolum,izim .
Yamacda ,laləm,nərgizim,
Bənövşə nazım ,xoş gəldin!
Torpağıma gətirdin can,
Xoş növrağın ətir saçan.
Qönçələnib çiçək açan
Bar tutan ruzum, xoş gəldin!
Yurda.qədəmin mübarək,
Vəsf etməkdən doymur ürək.
Şəninə söz qoşub gərək,
Bir şeir yazım,xoş gəldin!