Yubiley tədbiri keçirildi  - LƏNKƏRANDA.

MƏDƏNİYYƏT 20:08 / 15.03.2025 Baxış sayı: 448

Yenises.az  xəbər  verir ki, AYB Lənkəran Bölməsinin təşkilatçılığı ilə 15 mart 2025-cı il tarixdə Lənkəran şəhər H.Əliyev Mərkəzində AYB üzvü, şair,yazıçı,əməkdar məşqçi Əlizadə Əsədovun 70 illiyi münasibətilə ilə yubiley tədbiri keçirildi.

Tədbirdə bölgə yazarları,ziyalılar, ictimaiyyət nümayəndələri,

musiqiçilər,tələbə və şagirdlər, yubilyarın dostları və qohumları iştirak etdilər.

Natiqlər yubilyarı təbrik edib onun idman və ədəbi yaradıcılıq sahəsində qazandığı uğurlar barədə danışdılar. Yubilyara Fəxri Fərman,Fəxri Diplom və hədiyyələr təqdim olundu .

Tədbirdə səslənən Ə. Əlizadəyə həsr olunan şeirlər və musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılandı.