Ələsgər ƏLİOĞLU : - GECİKMİŞ SEVDA

Ədəbiyyat 19:45 / 22.03.2025 Baxış sayı: 772

 

De bu nə qismətdi,

De bu nə baxtdı,

Çıxdın ürcahıma ömrün bu vaxtı?!

Bircə yol gözaltı üzümə baxdın,

Gördüm ki, başıma bu dünya darmış.

Sinəmi iynətək hisslər deşirdi,

Ötən ömrə-günə nağıl düşürdü...

Baxdım ağ üzünə...

Elə düşündüm,

Yayda əriməyən sehirli qarmış.

Təzədən gün doğdu qışıma bəlkə,

Bəxt döndü bir şahlıq quşuna bəlkə!

Səni çıxarmaqda qarşıma bəlkə,

Taleyin

Mənimlə oyunu varmış!..

 

29Vəsimə İsmayılqızı Qarayeva, Ferhad Meherremov və başqa 27 nəfər