Bəhram Bilaloğlu - Oxunmamış kitabları...

Ədəbiyyat 09:22 / 23.03.2025 Baxış sayı: 2095

Oxunmamış kitabları,

Rəf qoruyur,zaman üçün.

Toz bağlayır,örtür üzün,

Şəfəq saçsın nadan üçün.

 

Alim yazır,cahil pozur,

Anlamır heç faydasını.

İtməz olur yazdıqların,

Saxlayarsa qaydasını.

 

Gələr mehman,görər bir gün,

Salar nəzər rəflərinə.

Üstü tozlu kitab varsa,

Yığar sinə dəftərinə.

 

Ehsan edər fərah adlı,

Oxunmayan misraları.

İlahidən gələn sözsə,

Yaşıl edər səhraları.