Xanım İsmayılqızı : - Qoşqarıma ithaf.

Ədəbiyyat 14:19 / 22.03.2025 Baxış sayı: 960

 

(Qardaşlı olmaq nə gözəl imiş...)

 

Bir adam yığışıb getdi,

Qulaqdan səsi çəkildi.

Üzümə sığal çəkərək,

Qəfil nəfəsi çəkildi.

 

Ürəyimdə ağı səsi,

Gözlərimdə yaş oynadı.

Fələyin bu nəğməsinə

Bu dəfə qardaş oynadı.

 

Ayaqları bu ocaqdan,

Ruhu öz canından qaçdı.

Tutub saxlaya bilmədim,

Yüyürüb yanımdan qaçdı.

 

Ürəyinin son zərbəsi

Vuraraq bəmdə tükəndi.

Ruhu ilə can savaşı

Bitərək qəmdə tükəndi.

X.İ. 2010.