Xatirə   Rəhimbəyli : -  Xatirələrin.

Ədəbiyyat 08:55 / 21.01.2025 Baxış sayı: 89

Uçur lələk-lələk,sökülür çöp-çöp,

3-5 quş yuvası xatirələrin.

Qəlbimin qurumuş budaqlarından

Düşür boş yuvası xatirələrin.

 

Sənsən bu acını alnıma yazan,

Yaxşı iş deyil ki,bacarmayasan...

Bir acı sözünlə gör necə asan

Sınır daş yuvası xatirələrin.

 

Yoxdu bu dolanbac yollardan çıxış,

Soldurdu bağçamı bir ögey baxış...

Eh, qışda qar döydü, payızda yağış,

Uçdu yaş yuvası xatirələrin.