Əmək pensiyasının minimum məbləği artırılır
Azərbaycanda əmək pensiyalarının minimum məbləği 280 manatdan 320 manata çatdırılır.
Yenises.az xəbər verir ki, bununla bağlı "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği fevralın 1-dən 320 manat məbləğində müəyyənləşəcək.