Şakir Xanhüseyn : - AÇILMAQ
bəzən önündə yol açılır,
amma özün o yola açıla bilmirsən,
bir kitabı açırsan, nə fayda,
görürsən oxunmadı bir varaq da,
çünki hiss edirsən
sən açılmamısan o kitaba...
hə, bir gülə, çiçəyə
öncə
özün açılmadın heç nə...
eləcə süfrəni açmazdan əvvəl
ürəyi açıqlğın olmalı,
saçılmalı işığın o süfrəyə,
duza, çörəyə,
bax ha...
hətta
qazanının qapağından,
qapından,
açılası qabından qabaq
özün sevgi dolu
bir qucaq açılmalısan, özün,
ay canım-gözüm!